Livanın "Hizbullah" hərəkatı atəşkəs üçün beş şərt irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
İran agentliyi bildirib ki, "Livanda bəziləri ABŞ-yə etibar etmək tələsinə düşüblər: onlar Vaşinqtona gedib İsrail səfiri ilə görüşüblər, bundan sonra Tramp atəşkəs elan edib, lakin bu, indiyə qədər tətbiq olunmayıb".
Məlumata görə, hərəkatın atəşkəs üçün beş şərti var:
• heç bir şərt qoyulmadan hücumun dayandırılması,
• İsrailin tam və qeyd-şərtsiz geri çəkilməsi: "heç bir qırmızı xətlə və ya digər məhdudiyyətlərlə razılaşmayacağıq"
• məcburi köçkünlərin öz evlərinə qayıtması,
• hərbi əsirlərin qaytarılması,
• Viran qalmış bölgələrin bərpası.