AZ

Kanye Uest konserti üçün stadion tikəcək

Amerikalı reper Kanye Uest Albaniyada öz konserti üçün stadion tikəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Vice" məlumat yayıb.

Konsert 11 iyulda Tirana şəhərində keçiriləcək. İlk olaraq tədbirin Albaniya milli futbol komandasının ev stadionu olan “Eagle” stadionunda keçirilməsi planlaşdırılırdı. Lakin bu arena cəmi 22,5 min tamaşaçı tutduğuna görə, daha böyük – təxminən 60 min nəfərlik müvəqqəti stadionun tikilməsi qərara alınıb.

Albaniyanın Mədəniyyət Nazirliyi bildirib ki, bu konsert ölkədə turizmin və yerli iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.

Konsertə Avropadakı ləğv olunmuş Kanye Uest şouları üçün bilet alan şəxslər qatıla biləcək.

Seçilən
16
50
unikal.az

10Mənbələr