RU

Müttəfiqlər düşmənə çevrilir: İran böhranı ərəb dünyasını dağıdır

ABŞ ilə İran arasında gərginlik Yaxın Şərqdə yeni fikir ayrılıqları yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası regiondakı tərəfdaşları arasında yaranan bu fikir ayrılığına müdaxilə etmək niyyətində deyil. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İranın addımlarına necə reaksiya verilməsi məsələsində fərqli mövqe sərgiləyir.

Səudiyyə Ərəbistanı daha ehtiyatlı və diplomatik yanaşmanı üstün tutur. Rəsmi Ər-Riyad gərginliyin daha da artmaması üçün yumşaq siyasətə üstünlük verir.

Birləşmiş Ərəb Əmirlikləri isə əksinə, Tehrana qarşı daha sərt ritorika və tədbirlərin görülməsinin tərəfdarıdır. Bu yanaşma iki ölkə arasında strateji baxış fərqini daha da dərinləşdirib.

Bundan əlavə, BƏƏ-nin OPEK-dən çıxması da tərəflər arasında əsas fikir ayrılıqlarından biri kimi göstərilir. Qeyd olunur ki, təşkilatda aparıcı rol oynayan Səudiyyə Ərəbistanı bu addımı narazılıqla qarşılayıb.

Musavat.com

Избранный
8
10
musavat.com

10Источники