RU

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

Bu ilin aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 523,1 milyon manat təşkil edib.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 7,6 % az, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, 2025-ci il aprelin 1-nə nisbətən isə 0,9 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 456,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 5,1 % az, ilin əvvəli ilə müqayisədə 10,7 % az, ötən il aprelin 1-nə nisbətən isə 16,2 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 57 milyard 960,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Избранный
4
8
far.az

9Источники