AZ

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Bu ilin aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 523,1 milyon manat təşkil edib.

SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 7,6 % az, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, 2025-ci il aprelin 1-nə nisbətən isə 0,9 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 456,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 5,1 % az, ilin əvvəli ilə müqayisədə 10,7 % az, ötən il aprelin 1-nə nisbətən isə 16,2 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 57 milyard 960,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
8
sia.az

9Mənbələr