RU

Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 may, AZƏRTAC

Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq aparılıb və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib.

Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb.

Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin olunması məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
3
azertag.az

4Источники