AZ

Fitosanitar monitorinqlər davam etdirilir

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. 

"Cebheinfo.az" xəbər verir ki bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirib ki, monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib.

Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb.

Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
cebheinfo.az

4Mənbələr