RU

1700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir

Fransada evdə aparılan qazıntı işləri zamanı sirrli tapıntı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-şərqində yerləşən Senon kəndində evin genişləndirilməsi üçün aparılan qazıntılar zamanı 1700 il əvvələ aid 40 mindən çox Roma sikkəsi tapılıb. Tapıntılar üç keramika küpündə aşkarlanıb.

Qazıntıya rəhbərlik edən arxeoloq Simon Ritz bildirib ki, ümumi çəkisi təxminən 50 kiloqram olan sikkələr klassik “xəzinə” sayılmır. Mütəxəssislərin fikrincə, insanlar qədim dövrdə bu küplərdən bir növ “qənaət sistemi” kimi istifadə ediblər.

Sikkələrin üzərində eramızın 260-274-cü illərində Qalliyada hakim olmuş imperatorların təsvirləri yer alır.

Избранный
18
18
publika.az

10Источники