AZ

Norveçdə yerin altından qədim gəmi tapıldı

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveçdə arxeoloqlar torpaq altında qədim gəmi qalıqları aşkar ediblər.Bizim.Media xəbər verir ki, tapıntı ölkənin Leka adasında yerləşən nəhəng Herlauqshaugen kurqanında üzə çıxarılıb.Arxeoloqlar burada uzunluğu təxminən 20 metr olan gəminin qalıqlarını tapıblar. Məlum olub ki, gəmi vikinqlər dövründən də qədimdir.

 

Tədqiqatçılar 29 dəmir pərçimi və yanmış ağac parçalarını analiz ediblər. Nəticədə Skandinaviyada insanların gəmilərdə dəfn edilməsi ənənəsinin əvvəl düşünüldüyündən daha qədim olduğu müəyyənləşib.

Yeni radiokarbon analizi dəfnin eramızın 700-cü ilinə aid olduğunu göstərib. Bu isə kurqana adını verən əfsanəvi konunq Herlauqun hakimiyyəti dövründən təxminən 80 il əvvələ təsadüf edir.Beləliklə, bu qədim gəmi-qəbir norveçlilərin artıq VII əsrdə inkişaf etmiş dəniz texnologiyalarına malik olduğunu və Şimal dənizində üzə bilən güclü gəmilər inşa etdiyini göstərən ilk sənədli sübutlardan biri hesab olunur.Tapıntı Britaniyadakı məşhur Sutton-Hu anqlo-sakson kurqanı ilə eyni ənənəyə aid edilir. Həmin kurqan 600-625-ci illərə aid olunur və orada da gəmi qalıqları aşkar edilmişdi.

 

Norveç alimləri indiyədək bu qədər qədim gəmi dəfn nümunəsinə malik deyildilər. Herlauqshaugen tapıntısı isə İngiltərədəki erkən gəmi dəfnləri ilə Skandinaviyadakı VIII-IX əsrlərə aid daha sonrakı kurqanlar arasında xronoloji əlaqə yaradır.

Bundan başqa, araşdırma kral Herlauqun özünü bu kurqanda diri-diri basdırması barədə əfsanəni də təkzib edib. Çünki gəmi onun ölümündən təxminən 80 il əvvəl torpağa basdırılıb.Alimlərin fikrincə, Leka adası Skandinaviyanın şimalı ilə cənubu arasında mühüm ticarət keçid məntəqəsi olub.Diametri təxminən 60 metr, hündürlüyü isə 12 metrdən çox olan belə böyük kurqanın yaradılması və onun içində gəminin basdırılması böyük əmək tələb edib.Qeyd edək ki, daha əvvəl Niderlandda kanalizasiya sisteminin dəyişdirilməsi zamanı qədim gəmi fraqmenti tapılmışdı. Ehtimala görə, həmin parça Karolinqlər sülaləsi dövründə vikinqlərə aid gəmidən qopub.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
18
bizim.media

10Mənbələr