RU

Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər

Azərbaycanda əməkhaqqının saatlıq hesablanması sisteminə keçid gözləniləndən daha tez reallaşa bilər.

Far.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bu istiqamətdə qanun layihələri üzərində işləyir.

Deputat bildirib ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan saatlıq əməkhaqqı sistemi işçilərə əlavə işlədikləri saatlara görə daha çox qazanc əldə etmək imkanı yaradır. Bu model həm də vətəndaşların bir neçə iş yerində çalışmasını asanlaşdırır.

Yeni mexanizm tətbiq olunarsa, əməkhaqqı aylıq deyil, işlənilən saatlara əsasən hesablanacaq. Bu isə əməkhaqqının daha şəffaf və ədalətli formalaşmasına şərait yarada bilər. Eyni zamanda, qeyri-iş saatlarında və istirahət günlərində görülən işlər üçün əlavə ödəniş əmsallarının tətbiqi də mümkün olacaq.

V.Bayramov qeyd edib ki, sistem çərçivəsində saatlıq minimum əməkhaqqı da müəyyən ediləcək və bu göstərici aylıq minimum əməkhaqqı ilə uyğunlaşdırılacaq. Onun sözlərinə görə, hazırda mexanizmin hazırlanması prosesi davam edir və yekun qərar razılaşdırmalardan sonra veriləcək.

Избранный
42
48
far.az

10Источники