AZ

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha tez reallaşa bilər

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha tez reallaşa bilər

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

AFN.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial media hesabında bildirib. O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində iş aparır.

"İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların "overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir", - deyə deputat qeyd edib.

V.Bayramovun sözlərinə görə, yeni mexanizmin tətbiq olunması əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Bu isə vətəndaşların gəlirlərində artımların reallaşmasına, qeyri-iş günlərində və iş saatlarından sonra çalışanlar üçün xüsusi əmsalların tətbiq edilməsinə səbəb ola bilər.

Deputat əlavə edib ki, bu, bütövlükdə yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir:

"Bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır".

Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bu yeniliyin nə zaman tətbiq ediləcəyi bəlli olacaq.

Seçilən
33
20
afn.az

10Mənbələr