RU

Böyük Britaniya rus diplomatı ölkədən qovdu

Böyük Britaniya Rusiyanın casusluq ittihamlarına cavab olaraq bir rus diplomatı ölkədən çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya ötən ay Moskvada Britaniya səfirliyinin əməkdaşını ölkədən çıxardıqdan və onu iqtisadi casusluqda ittiham etdikdən sonra qarşılıqlı addım olaraq Birləşmiş Krallıq bir rus diplomatını ölkədən çıxarıb.

Rusiyanın Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona bir rus diplomatının akkreditasiyasının ləğv edildiyi bildirilib. Həmin diplomatın adı açıqlanmayıb.

Избранный
31
8
publika.az

10Источники