Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya Rusiyanın casusluq ittihamlarına cavab olaraq bir rus diplomatı ölkədən çıxarıb.
Hafta.az Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Rusiya ötən ay Moskvada Britaniya səfirliyinin əməkdaşını ölkədən çıxardıqdan və onu iqtisadi casusluqda ittiham etdikdən sonra qarşılıqlı addım olaraq Birləşmiş Krallıq bir rus diplomatını ölkədən çıxarıb.
Məlumata görə, Rusiyanın Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona bir rus diplomatının akkreditasiyasının ləğv edildiyi bildirilib. Həmin diplomatın adı açıqlanmayıb. Hökumət sözçüsü əlavə edib ki, Rusiyanın bundan sonrakı hər hansı addımı gərginliyin artması kimi qiymətləndiriləcək./azertac/