RU

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı

ABŞ-ın İrana qarşı əməliyyat xərcləri hazırda 25 milyard dollar təşkil edir.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Herst Nümayəndələr Palatasının müvafiq komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

"Təxminən bu günə qədər 25 milyard dollar xərcləmişik", - deyə o bildirib.

Herst qeyd edib ki, vəsaitin böyük hissəsi döyüş sursatlarına sərf olunub.
 

Bundan əvvəl "Iran War Cost Tracker" portalı ABŞ-ın İrana qarşı hərbi əməliyyatının dəyərinin 65 milyard dolları keçdiyini yazmışdı. Resurs məlumatları real vaxt rejimində yeniləyir və bölgəyə göndərilən şəxsi heyətin, gəmilərin saxlanılması, eləcə də digər müşayiətedici xərclər üçün lazım olan vəsaitlərin hesablamasını aparır.


Hesablama metodikası Pentaqonun Konqresə təqdim etdiyi hesabata əsaslanır. Həmin hesabatda əməliyyatın ilk altı gününün 11,3 milyard dollara başa gəldiyi, sonrakı dövrdə isə xərclərin gündəlik 1 milyard dollar təşkil edəcəyi qeyd olunub.

Bizim.Media

Избранный
78
1
bizim.media

10Источники