AZ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının dəyəri 25 milyard dollara çatıb - Pentaqon

Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Herst ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara indiyədək təxminən 25 milyard dollar xərclədiyini bildirib.

Herstin sözlərinə görə, xərclərin əsas hissəsi döyüş sursatlarının təminatına yönəldilib.

Bununla belə, “Iran War Cost Tracker” portalı əməliyyatın real dəyərinin 65 milyard dolları keçdiyini iddia edir. Portalın hesablamalarına hərbi qulluqçuların saxlanması, bölgəyə göndərilən gəmilərin təminatı və digər əlavə xərclər də daxildir.

Məlumata əsasən, əməliyyatın ilk altı günü 11,3 milyard dollara başa gəlib, sonrakı mərhələdə isə gündəlik xərclər 1 milyard dollar təşkil edib.

ABŞ-də siyasi dairələrdə İrana qarşı müdaxilə getdikcə daha çox “lazımsız müharibə” kimi qiymətləndirilir və artan büdcə xərcləri fonunda bu məsələ ətrafında müzakirələr güclənir.

Seçilən
49
1
anews.az

10Mənbələr