RU

“Barselona” Reşfordla bağlı qərarını gecikdirir

“Barselona” rəhbərliyi hücumçu Markus Reşfordun transfer hüququnu aktivləşdirmək istəmir.

90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu futbolçunu “Mançester Yunayted”dən yenidən icarəyə götürməyə çalışır ki, tam transferi 2027-ci ilə qədər təxirə salsın. Bununla belə, qeyd olunur ki, “Barselona” yayda “Mançester Yunayted” endirim edərsə, Reşfordu birdəfəlik transfer edə bilər.

Hazırda klublar arasında danışıqlar davam edir.

Xatırladaq ki, “Barselona” Reşfordu ötən yay “Mançester Yunayted”dən 30 milyon avro qarşılığında satınalma opsiyası ilə icarəyə götürüb. 28 yaşlı cinah oyunçusu katalon klubunun heyətində bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.

Избранный
74
50
90deqiqe.az

10Источники