“Barselona” 19 yaşlı futbolçu üçün transfer təklifi alıb. Metbuat.az xəbər verir ki, "Barselona" Braziliyanın “Fluminense” klubunda çıxış edən Rikelme Felipeni transfer etmək imkanını dəyərləndirir. Məlumata görə, gənc cinah oyunçusu təxminən 7 milyon avroya Kataloniya klubuna təklif olunub. Bildirilir ki, bu transfer baş tutarsa, futbolçu əvvəlcə əsas komanda ilə yanaşı ehtiyat heyətdə çıxış edə bilər. Klubun idman direktoru Deko oyunçunun potensialını yüksək qiymətləndirsə də, yekun qərar hələ verilməyib. Qeyd olunur ki, “Barselona” son illərdə aşağı büdcəli, lakin perspektivli gənclərə üstünlük verir və bu transfer də həmin strategiyanın davamı ola bilər.