Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Tibb üzrə bəzi ixtisaslarda ikinci ali təhsil imkanları təqdim olunur. Bizimyol.info xəbər verir ki, bu barədə məlumat Azərbaycan Tibb Universitetinin rəsmi saytında yayılıb. Bu imkan əczaçılıq, stomatologiya, fizioterapiya və tibb bacısı işi kimi ixtisasları əhatə edir. Təhsil ödənişli əsaslarla həyata keçiriləcək və qiymətlər 5000–6500 AZN arasında dəyişir, əcnəbi vətəndaşlar üçün isə 6000 ABŞ dolları təşkil edir.Bu qədər kadra ehtiyac varmı?Ödənişlər niyə bu qədər "yüksək" müəyyən edilib?
Bu barədə Bizimyol.info xəbər portalına təhsil eksperti Adil Vəliyev bildirib ki, bu yerlər yalnız Tibb Universitetinə deyil, eyni zamanda Naxçıvan və Qarabağda yerləşən tibb ixtisaslarına da aiddir: “Tibb Universitetində ixtisasların təhsil haqları digər universitetlərlə müqayisədə kifayət qədər yüksəkdir. Ancaq burada bir mühüm məqam da var: bu universitetdə bir çox ixtisaslar, o cümlədən stomatologiya və ya digər sahələr üzrə dövlət sifarişi ilə qəbul həyata keçirilir və plan yerlərinin böyük hissəsi məhz bu yolla dolur. Bu proses necə həyata keçirilir? Proses Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Məsələn, stomatologiya ixtisası üzrə ümumilikdə 300 plan yeri ayrılır və bu yerlər yalnız Tibb Universitetinə deyil, eyni zamanda Naxçıvan və Qarabağda yerləşən tibb ixtisaslarına da aiddir. Ən yüksək bal toplayan abituriyentlər həmin 300 dövlət sifarişli yer üzrə qəbul olunduqları təqdirdə, təhsillərini ödənişsiz əsaslarla davam etdirirlər. Biz müşahidə edərkən görürük ki, çox zaman Tibb Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti dövlət sifarişi əsasında oxuyur”.
Adil Vəliyev həmçinin vurğulayıb ki, əczaçılıq da tələb olunan ixtisaslar sırasındadır: “İxtisaslara gəldikdə isə, bu qədər kadra ehtiyac varmı sualına cavab olaraq deyə bilərəm ki, bəli, ehtiyac var. Məsələn, stomatologiya elə bir sahədir ki, bu ixtisas üzrə həm dövlət müəssisəsində işləmək, həm də özəl bir müəssisə yaradaraq fəaliyyət göstərmək mümkündür. Bu baxımdan heç bir problem yoxdur.
Digər ixtisaslardan fizioterapiyanı qeyd edə bilərəm. Hazırda reabilitasiya mərkəzlərinin bir çoxunda bu sahəyə tələbat kifayət qədər artıb və hətta müəyyən mənada mütəxəssis çatışmazlığı da hiss olunur. Əczaçılıq da tələb olunan ixtisaslar sırasındadır’.
Adil Vəliyev əlavə edib: “Qeyd edim ki, tibb ixtisasları üzrə təhsil haqları yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində digər sahələrlə müqayisədə daha yüksəkdir. Əcnəbi tələbələrə gəldikdə isə, azərbaycanlı tələbələr xaricdə təhsil alarkən necə ki, həmin ölkələrdə öz vətəndaşları və əcnəbilər üçün fərqli təhsil haqları tətbiq olunur, eyni yanaşma Azərbaycanda da mövcuddur. Bu, beynəlxalq arenada da eynən tətbiq olunur”.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.