RU

Azərbaycanda büdcə təşkilatlarının əmək haqqı ödənişlərinin MÖS vasitəsilə paylanılması gecikir

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində ötən il dövlət büdcəsindən maliyyələşən qurumlar üzrə əmək haqqı ödənişlərinin Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə paylanılması baş tutmayıb.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, bu məqsədlə aidiyyəti dövlət qurumları və ödəniş xidməti təchizatçıları ilə əməkdaşlıq edilməsi, yenilənmiş SLA tələblərinin tətbiqi ilə əlaqədar zəruri tədbirlərin görülməsi də gecikib.

AMB növbəti dövrdə Ani Ödəniş Sisteminin (AÖS) funksional imkanlarının təkmilləşdirilməsi yolu ilə bu sistemin tətbiq sahələrinin genişləndirilməsini, onun iştirakçılarının daxili informasiya sistemlərinin təkmilləşdirilmiş sistemin tələblərinə uyğunlaşdırılmasını, AZQR standartının təkmilləşdirilməsini və likvidlik idarəetmə mexanizminin optimallaşdırılmasını, Rəqəmsal ödənişlərin sürətli inkişafını dəstəkləmək məqsədilə MÖS-ün idarəetmə strukturunun müəyyən edilməsini və zəruri tənzimləyici uyğunlaşdırmaların aparılmasını, ödəniş sektoru üzrə risk əsaslı nəzarətin tətbiqinin təmin edilməsini planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
1
banco.az

2Источники