RU

Brunu Fernandeş Premyer Liqada Ronaldunun rekordunu təkrarlayıb

Bakı, 28 aprel, AZƏRTAC

“Mançester Yunayted” klubunun kapitanı Brunu Fernandeş İngiltərə Premyer Liqasında növbəti uğura imza atıb.

AZƏRTAC “Goal” nəşrinə istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Brentford”a qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan matçda məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda yoldaşı Benjamin Şeşkonun qolunun ötürməsini edərək Premyer Liqada qol və assistlərin sayını 140-a çatdırıb.

Bununla da Brunu Fernandeş klubun əfsanəvi futbolçusu Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb. Yarımmüdafiəçi bu nəticəyə Ronaldudan 11 oyun az keçirərək nail olub. Statistikaya əsasən, Fernandeş Premyer Liqada 70 qol və 70 məhsuldar ötürmə ilə fərqlənib. Kriştianu Ronaldu isə 140 göstəricinin 103-nü qol, 37-ni isə assist hesabına əldə edib.

Portuqaliyalı oyunçu həmçinin “Mançester Yunayted”in heyətində ardıcıl yeddi və ya daha çox oyunda qol və ya assist edən ilk futbolçu olub. Bu göstərici sonuncu dəfə 2012–2013-cü illərdə Robin van Persi tərəfindən qeydə alınıb.

Bundan əlavə, Brunu Fernandeş “Old Trafford” stadionunda ardıcıl səkkiz və ya daha çox qarşılaşmada qol və ya assist edən üçüncü futbolçu olub. Bu göstəriciyə daha əvvəl Kriştianu Ronaldu və Ueyn Runi nail olub.

 

Избранный
44
22
azertag.az

10Источники