RU

Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

Dövlət müstəqilliyi ilhaq edildiyi vaxtdan, 1920-ci ilin

may ayından başlayan, imperiyanın qərəz burulğanına görə ilk vaxtlar gizli

şəkildə davam edən milli-azadlıq hərəkatı ötən əsrin sonlarında genişlənmişdi.

O dövrdə demokratik dövlətlər bu hərəkatı dünya miqyasında mübarizələr

tarixinin ən təşkilatlanmış mübarizəsi adlandırırdı. Hərəkat xalqın hərəkatı

idi, aparıcı qüvvəsi də xalq idi. Sovet imperiyası bu mübarizəni dayandırmaq

uçün Bakıda 1990-cı ilin 20 yanvarında böyük miqyaslı faciə törətsə də, niyyətinə

çata bilmədi. SSRİ-nin siyasi dayaqları Azərbaycanda kökündən laxladı. 1991-ci

ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı

qəbul edildi və ölkəmizi dünyanın əksər dövləti rəsmən tanıdı. Bu tanıma təkcə

siyasi münasibətlərin qurulması ilə məhdudlaşmadı, ikitərəfli, bəzən çoxtərəfli

münasibətlər də yarandı. Belə dövlətlərdən biri də Çex Respublikası idi. 

 

  Müstəqilliyini bərpa edilmiş Azərbaycanla Çexiya arasında siyasi

əlaqələr genişləndi. Qarşılıqlı inama, etimada əsaslanan bu münasibətlər sosial

həyatın əksər sahələrini əhatələdi. Bu məqam Azərbaycan Prezidenti İlham Əliyev

Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata

verdiyi bəyanatında da öz əksini tapıb: “Bizim indi çox fəal siyasi dialoqumuz

var...”. Bu xatırlatma dövlətlərarası münasibətlərin siyasi dialoqla

başladığını, bu dialoqla davam etdiyini bildirir. Baş nazirin Azərbaycana rəsmi

səfərini həyata keçirdiyindən məmnunluğunu bildirən cənab İlham Əliyev dedi ki,

“Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim

indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional,

həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir

mübadiləsi aparılmışdır; - İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret

təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan

böyük qrup iş adamları gəlmişdir...”.

 

  Son vaxtlar Azərbaycanda neçə-neçə iri miqyaslı beynəlxalq tədbirlər, bu

sıradan dünyanı düşündürən ciddi problemlərlə bağlı forumlar da keçirilir. Yeri

gəlmişkən, bu səfər çərçivəsində Azərbaycan-Çex Respublikası biznes forumu da

keçirildi. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə

çatdırılacağına əminliyini bildirən dövlət başçımız ticarət dövriyyəsinin daha

tarazlı olmasını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da

xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm

təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox

konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir; -

Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun

illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan

nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.

Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr

sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı

etibarlı tərəfdaş kimi qiymətləndirir; - Azərbaycan qazı 16 ölkəyə ixrac edilir

və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya

qonşu olan ölkələrə təbii qaz ixrac edir”.

Azərbaycanla

Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq

da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla

Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da

aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Prezident

İlham Əliyev mətbuata bəyanatında daha sonra bildirdi: “Ölkələrimiz arasında

digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun

müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi

təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret

layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı

olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal

hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi

ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır...”.

Hökumətlərarası

Komissiyanın tezliklə tədbir keçirməsinə, yenidən görüşməsi ilə bağlı fikir

mübadiləsi aparılacağına əminliyini bildirən dövlət başçımız bildirdi ki,

“...bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır

və bizim qarşımızda çox gözəl perspektivlər açılır”. 

Çex

Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri

Azərbaycan-Çex Respublikası münasibətlərinin daha da inkişaf edəcəyinin

əminliyi ilə tarixləşdi. 

 

Səbinə

XASAYEVA,

Milli

Məclisin deputatı

 

 

Избранный
18
19
azerbaijan-news.az

10Источники