Bakı. Trend:
Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri vəQəbələdə Prezident İlham Əliyevlə keçirilən görüş mühüm əhəmiyyətkəsb edən hadisə kimi qiymətləndirilə bilər.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.
Onun fikrincə, Azərbaycan ilə Çexiya arasında münasibətlər artıqənənəvi əməkdaşlıq çərçivəsini aşaraq daha dərin strateji xarakteralmaqdadır:
“Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsasməqamlardan biri iki ölkə arasında fəal siyasi dialoqunmövcudluğudur. Bu, təsadüfi açıqlama deyil. Çünki hazırkı mürəkkəbgeosiyasi şəraitdə qarşılıqlı etimad üzərində qurulan dialoqdövlətlərarası münasibətlərin dayanıqlığını müəyyən edən başlıcaamildir. Regional təhlükəsizlik, Avropa enerji təhlükəsizliyi,ikitərəfli iqtisadi münasibətlər və qlobal gündəmdə yer alanməsələlər ətrafında aparılan müzakirələr Azərbaycan-Çexiyamünasibətlərinin yalnız protokol xarakteri daşımadığını, realsiyasi məzmun qazandığını nümayiş etdirir”.
Millət vəkili bildirib ki, Çexiyanın Baş nazirinin Azərbaycanıstrateji tərəfdaş adlandırması iki ölkə arasında münasibətlərinsəviyyəsini aydın göstərən mühüm siyasi mesajdır:
“Bu yanaşma Avropa İttifaqı məkanında Azərbaycanın artanrolunun, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrindəetibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təsdiqidir.Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması barədəsəsləndirilən fikir təsadüfi deyil. Son illər ölkəmizin regionalproseslərdə artan təsir imkanları, müstəqil xarici siyasət kursu vəstrateji təşəbbüsləri beynəlxalq miqyasda Azərbaycanı mühüm aktoraçevirib. Səfərin xüsusi diqqət çəkən istiqamətlərindən biri müdafiəsənayesi sahəsində əməkdaşlığın perspektivləri oldu. Prezidentİlham Əliyevin Çexiya ilə birgə istehsal layihələri üzərindədanışıqlar aparıldığını bəyan etməsi münasibətlərdə yeni keyfiyyətmərhələsinin başlandığını göstərir. Bu, sadəcə məhsul alqı-satqısıdeyil, texnologiya transferi, sənaye kooperasiyası və uzunmüddətlistrateji əməkdaşlıq modelidir. Azərbaycanın son illər yerli müdafiəsənayesinin gücləndirilməsi istiqamətində atdığı addımlar buəməkdaşlıq üçün ciddi zəmin yaradır. Çexiyanın bu sahədə zəngintəcrübəsi, texnoloji potensialı və müdafiə sənayesi ənənələri iləAzərbaycanın artan istehsal imkanlarının birləşməsi qarşılıqlıfaydalı sinerji formalaşdırır. Bu əməkdaşlıq həm Azərbaycanınmüdafiə potensialını gücləndirə, həm də iki ölkə arasında sənayetərəfdaşlığını daha dərin müstəviyə keçirə bilər. Burada mühümməqam ondan ibarətdir ki, hərbi-sənaye əməkdaşlığı siyasi etimadolmadan mümkün deyil. Bu isə o deməkdir ki, Bakı ilə Praqa arasındamünasibətlər artıq yüksək etimad mərhələsinə daxil olub. Bu amilAzərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsibaxımından da xüsusi əhəmiyyət kəsb edir”.