RU

Tramp İranın atəşkəs təklifindən narazıdır

Ağ Ev Tehranla bağlı əks təkliflər hazırlayır, nüvə proqramının müzakirədən kənarda qalması narahatlıq doğurur...

ABŞ Prezidenti Donald Tramp İranın hərbi əməliyyatların dayandırılması ilə bağlı irəli sürdüyü təklifdən narazı qalıb və ona skeptik yanaşır.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi və The Wall Street Journal nəşri adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Vaşinqton İranın təklifini yetərli hesab etmir, çünki bu təşəbbüs Tehranın nüvə proqramını əhatə etmir.

Bildirilir ki, Ağ Ev yaxın günlərdə öz cavabını və əks təkliflərini təqdim edə bilər.

Axios portalının yaydığı məlumata görə, İran ABŞ-yə Hörmüz boğazını yenidən açmağı və hərbi əməliyyatları dayandırmağı təklif edib, nüvə danışıqlarının isə daha sonrakı mərhələyə saxlanmasını istəyib. Həmin gün Donald Tramp bu təklifi milli təhlükəsizlik üzrə müşavirləri ilə müzakirə edib.

Daha əvvəl Donald Tramp bəyan etmişdi ki, ABŞ administrasiyası artıq İranla danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərməyəcək. O, İran tərəfinə birbaşa ABŞ-yə zəng etməyi və ya Vaşinqtona gəlməyi təklif edib.

Poliqon.info

Избранный
34
50
poliqon.info

10Источники