AZ

Tramp İranın danışıqlar təklifinə skeptik yanaşır - media

Tramp İranın danışıqlar təklifinə skeptik yanaşır - media

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın təqdim etdiyi üçmərhələli danışıqlar planına şübhə ilə yanaşır.

AFN.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, rəsmi Vaşinqton yaxın günlərdə öz əks-təklifini təqdim etməyə hazırlaşır.

Məlumata görə, Ağ Ev rəhbəri Tehranın təklifini tamamilə rədd etməsə də, İranın uranın zənginləşdirilməsindən imtina etmək barədə ABŞ-ın əsas tələbini yerinə yetirmək istəmədiyini hesab edir.

"Al Mayadeen" telekanalının yaydığı məlumata əsasən, İranın üçmərhələli planına əsasən birinci mərhələdə müharibənin dayandırılması və hərbi əməliyyatların (İran və Livana qarşı) bərpa olunmayacağına dair təminatların alınması nəzərdə tutulur. İkinci mərhələdə münaqişədən sonra Hörmüz boğazının idarə olunması, üçüncü mərhələdə Tehranın nüvə dosyesi dayanır.

İran tərəfi vurğulayır ki, ilk iki məsələ üzrə razılıq əldə olunmadan nüvə proqramını müzakirə etməyəcək. ABŞ administrasiyası isə hazırda bu şərtlər üzərində işləyir və yaxın günlərdə öz rəsmi cavabını verməyi planlaşdırır.

Seçilən
17
4
afn.az

10Mənbələr