RU

“Google”da ETİRAZ: ABŞ ordusuna Aİ texnologiyaları verilməsin!

“Google” şirkətinin 600-dən çox əməkdaşı ABŞ ordusuna süni intellekt texnologiyalarının təqdim olunmasına etiraz olaraq açıq məktub imzalayıb. Bakıvaxtı. az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, hər ötən gün şirkət daxilində hərbi əməkdaşlıqla bağlı narazılıq artır. Məlumata görə, əməkdaşlar şirkətin ABŞ ordusu ilə süni intellekt sahəsində əməkdaşlığının genişləndirilməsini düzgün hesab etmirlər. Onların fikrincə, bu texnologiyaların hərbi məqsədlərlə istifadəsi risklər yarada bilər və təhlükəli nəticələrə səbəb ola bilər. Məktubda qeyd olunur ki, süni intellektin hərbi sistemlərə inteqrasiyası şirkətin korporativ prinsipləri ilə ziddiyyət təşkil edir və texnologiyanın nəzarətsiz istifadəsi ehtimalını artırır. Etiraz məktubu şirkət daxilində geniş müzakirələrə səbəb olub və bir sıra əməkdaşlar rəhbərlikdən hərbi layihələrlə bağlı siyasətin yenidən nəzərdən keçirilməsini tələb edirlər.

Aydın Baxış

Избранный
7
41
bakivaxti.az

10Источники