RU

Malidə müdafiə naziri sui-qəsd nəticəsində öldü: ölkədə matəm elan olundu

Malinin müdafiə naziri Sadio Camara paytaxt yaxınlığında törədilən intihar hücumu nəticəsində həyatını itirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bamako yaxınlığındakı Kati şəhərində nazirin yaşayış evinə qarşı həyata keçirilib. Məlumata görə, partlayıcı yüklü avtomobil vasitəsilə törədilən hücum zamanı bina ciddi zərər görərək çöküb.

Rəsmi açıqlamaya əsasən, hücum zamanı yaralanan Sadio Camara xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, nazir hücum zamanı silahlı şəxslərlə qarşıdurmaya girərək onlardan bəzilərini zərərsizləşdirib.

Hadisə nəticəsində mülki itkilərin də olduğu qeyd olunur. Yaxınlıqdakı məscidin dağılması səbəbindən orada olan şəxslər arasında ölən və yaralananlar var.

Hökumət hadisə ilə əlaqədar ölkə ərazisində iki günlük milli matəm elan edib.

İlkin ehtimallara görə, hücum Cemaat Nusra el-İslam ve Müslimin və Azavad Kurtuluş Cephesi kimi silahlı qruplar tərəfindən təşkil olunub.

Qeyd edək ki, aprelin 25-dən etibarən Malidə bir neçə şəhərdə koordinasiyalı silahlı hücumlar baş verib. Paytaxtla yanaşı, Kidal, Qao və Sevare bölgələrində də partlayışlar və silahlı toqquşmalar qeydə alınıb.

Избранный
3
1
far.az

10Источники