RU

Malidə müdafiə nazirinin və ailə üzvlərinin öldürülməsi təsdiqlənib

BAKI, 27 aprel. TELEQRAF

Malinin müdafiə və veteranlarla iş naziri Sadio Kamara hücum nəticəsində həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi İssa Usman Kulibali dövlət televiziyasında açıqlama verib.

Onun sözlərinə görə, hadisə aprelin 25-də baş verib. Silahlı şəxslər nazirin olduğu evə hücum edərək onu öldürüblər.

Bildirilib ki, paytaxt Bamako yaxınlığındakı Kati hərbi bazasında yerləşən iqamətgahın qarşısında partlayıcı yüklənmiş yük avtomobili partladılıb.

Hadisə nəticəsində nazirin həyat yoldaşı və iki nəvəsinin də öldüyü qeyd olunub.

Избранный
27
11
teleqraf.com

10Источники