RU

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olmaqda ittiham edilən Amer Rameş edam edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mizan News” məlumat yayıb.

Məlumata görə, edam bazar günü İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində icra olunub.
 

Amer Rameş “silahlı üsyan”da və “Ceyş əl-Ədl” qruplaşmasına üzv olmaqda ittiham edilirdi. Bildirilir ki, o, Çabahar şəhərində keçirilən “antiterror əməliyyatı” zamanı saxlanılmışdı.


Qeyd edək ki, “Ceyş əl-Ədl” 2012-ci ildən İranın cənub-şərqində, əsasən Sistan və Bəlucistan bölgəsində, eləcə də Pakistan ərazisində fəaliyyət göstərən sünni silahlı qruplaşmadır.

Qruplaşma bəlucilərin hüquqlarını müdafiə etdiyini və İran hakimiyyətinə qarşı mübarizə apardığını bəyan edir.

Bizim.Media

Избранный
33
1
bizim.media

2Источники