Bizim media saytına istinadən ain.az xəbər verir.
İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olmaqda ittiham edilən Amer Rameş edam edilib.Bizim.Media xəbər verir ki, bu barədə “Mizan News” məlumat yayıb.Məlumata görə, edam bazar günü İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində icra olunub.
Amer Rameş “silahlı üsyan”da və “Ceyş əl-Ədl” qruplaşmasına üzv olmaqda ittiham edilirdi. Bildirilir ki, o, Çabahar şəhərində keçirilən “antiterror əməliyyatı” zamanı saxlanılmışdı.
Qeyd edək ki, “Ceyş əl-Ədl” 2012-ci ildən İranın cənub-şərqində, əsasən Sistan və Bəlucistan bölgəsində, eləcə də Pakistan ərazisində fəaliyyət göstərən sünni silahlı qruplaşmadır.Qruplaşma bəlucilərin hüquqlarını müdafiə etdiyini və İran hakimiyyətinə qarşı mübarizə apardığını bəyan edir.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.