RU

Zaur Kamal: "Qayıdırıq"

ARB TV-nin məşhur aparıcısı Zaur Kamal yenidən efirə qayıdır. Manset.az-ın əldə etdiyi məlumata görə, o, mayın 4-dən etibarən ARB TV-də yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Verilişin adı hələlik açıqlanmayıb.

 

Teleaparıcının “Həmin Zaur” layihəsi yeni adla efirə qayıdacaq.

 

Bu barədə Zaur Kamal faktı təsdiqləyib: “İnşallah, mayın 4-də efirə qayıdırıq. Proqram ARB TV-də yayımlanacaq.”

 

Qeyd edək ki, martın 18-dən etibarən “Həmin Zaur” və “Səni axtarıram” verilişləri dayandırılaraq efirdən qaldırılıb.

Tarix: 26 Aprel 2026, 09:04   
Избранный
4
5
pravda.az

10Источники