RU

Tramp atışmanın İranla əlaqəsini şübhə altına aldı

BAKI, 26 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən qəbul zamanı baş verən atışma hadisəsinin İranla əlaqəli olduğuna şübhə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, insidentdən sonra keçirilən mətbuat konfransında danışıb.

Tramp qeyd edib ki, hadisənin ABŞ-nin İrana qarşı hərbi əməliyyatları ilə bağlı olması ehtimalını yüksək hesab etmir, lakin bunu tam istisna etməyin mümkün olmadığını vurğulayıb.

“Mən belə düşünmürəm, amma heç vaxt tam əmin ola bilməzsən”, – deyə ABŞ lideri jurnalistlərin sualını cavablandırarkən bildirib.

Избранный
27
teleqraf.com

1Источники