RU

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb.

İzləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:

"Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi, qızlar bir məkanda toplanmışdılar, məni də çağırdılar. Durub getdim. İçəri daxil olanda gördüm ki, Cavid başqa masada dostları ilə əyləşib. Mənim oturduğum masanın qarşısında isə güzgü var idi. O da arxamda oturmuşdu. Beləcə, güzgüdən göz-gözə gəldik və bir neçə saniyəlik baxışma oldu. Axşam evə gələndə ona instaqramda yazdım və Cavid güzgüdən göz-gözə gəldiyi o qızın mən olduğumu anladı. Bir həftə yazışdıq, sonra ilk görüşümüz oldu və... Düz 10 gün sonra evlilik təklifi. Cəmi 3 ay sonra isə nişanlandıq".

Qeyd edək ki, cütlüyün bir qız övladı var.  (Axşam.az)

Избранный
1
5
musavat.com

6Источники