AZ

Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb.

Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:

"Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi, qızlar bir məkanda toplanmışdılar, məni də çağırdılar. Durub getdim. İçəri daxil olanda gördüm ki, Cavid başqa masada dostları ilə əyləşib. Mənim oturduğum masanın qarşısında isə güzgü var idi. O da arxamda oturmuşdu. Beləcə, güzgüdən göz- gözə gəldik və bir neçə saniyəlik baxışma oldu. Axşam evə gələndə ona instaqramda yazdım və Cavid güzgüdən göz-gözə gəldiyi o qızın mən olduğumu anladı. Bir həftə yazışdıq, sonra ilk görüşümüz oldu və... Düz 10 gün sonra evlilik təklifi. Cəmi 3 ay sonra isə nişanlandıq".

Qeyd edək ki, cütlüyün bir qız övladı var. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
4
axsam.az

5Mənbələr