RU

Avropada səyahətə maraq rekord səviyyəyə çatıb

Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb.

Trend xəbər verir ki, bu barədə məlumat Yunanıstanın “Kathimerini” nəşrində yer alıb.

Məlumata görə, əsas göstəricilər “European Travel Commission” (Avropa səyahət komissiyası) tərəfindən hazırlanmış son hesabatda əks olunub. Hesabata əsasən, 2026-cı ilin ilk yarısı üçün Avropa vətəndaşlarının 82 faizi səyahət etməyi planlaşdırır ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.

Bildirilir ki, həyat səviyyəsinin bahalaşması və Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, avropalıların səyahət etmək istəyi zəifləməyib. Bununla yanaşı, turistlərin davranışında müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, bir çox səyahətçi xərcləri azaltmaq məqsədilə səfərlərin müddətini qısaltmağa və büdcəni daha diqqətlə planlaşdırmağa üstünlük verir. Statistikaya görə, turistlərin əhəmiyyətli hissəsi 4–6 günlük səfərlərə üstünlük verir və daha uzunmüddətli istirahətlərin payı azalır.

Избранный
17
2
azpost.info

3Источники