Bakı. Trend:
Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb.
Trend xəbər verir ki, bubarədə məlumat Yunanıstanın “Kathimerini” nəşrində yer alıb.
Məlumata görə, əsas göstəricilər “European Travel Commission”(Avropa səyahət komissiyası) tərəfindən hazırlanmış son hesabatdaəks olunub. Hesabata əsasən, 2026-cı ilin ilk yarısı üçün Avropavətəndaşlarının 82 faizi səyahət etməyi planlaşdırır ki, bu daindiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.
Bildirilir ki, həyat səviyyəsinin bahalaşması və Yaxın Şərqdəartan gərginliyə baxmayaraq, avropalıların səyahət etmək istəyizəifləməyib. Bununla yanaşı, turistlərin davranışında müəyyəndəyişikliklər müşahidə olunur. Belə ki, bir çox səyahətçi xərcləriazaltmaq məqsədilə səfərlərin müddətini qısaltmağa və büdcəni dahadiqqətlə planlaşdırmağa üstünlük verir. Statistikaya görə,turistlərin əhəmiyyətli hissəsi 4–6 günlük səfərlərə üstünlük verirvə daha uzunmüddətli istirahətlərin payı azalır.
Eyni zamanda təhlükəsizlik məsələləri də əsas seçimmeyarlarından birinə çevrilib. Sorğuda iştirak edənlərin 22 faiziüçün səyahət istiqamətinin təhlükəsizliyi əsas amil kimigöstərilir, 18 faizi isə Yaxın Şərqdəki gərginliyi əsas narahatlıqsəbəbi hesab edir.
Məlumata görə, Avropa daxilində ən çox üstünlük verilənistiqamətlər Cənubi Avropa və Aralıq dənizi regionudur. Buistiqamətlərə maraq artmaqda davam edir və xüsusilə dəniz turizmiəsas seçim olaraq qalır.
Bununla yanaşı, turizm bazarının daha həssas hala gəldiyi qeydolunur. Artan xərclər və geosiyasi risklər fonunda turizmsektorundan daha çevik və təhlükəsizlikyönümlü yanaşmalar tələbolunur.