RU

ABŞ-siz gizli masa: İran İslamabadda yeni oyuna start verir

İranın diplomatik aktivliyi yeni mərhələyə keçir, bu dəfə Vaşinqton masada yoxdur.

Musavat.com xəbər verir ki, CNN-ə istinadən yayılan məlumata görə, İran nümayəndə heyəti İslamabadda ABŞ-nin iştirakı olmadan danışıqlar aparacaq.

Məlumata görə, bu görüşlər Pakistanın vasitəçiliyi ilə keçiriləcək və əsas məqsəd gələcək diplomatik mərhələlər üçün zəmin hazırlamaqdır.

İran tərəfi hazırkı mərhələdə Vaşinqtonla birbaşa təmasdan yayınaraq, prosesi dolayı kanallar vasitəsilə davam etdirməyə üstünlük verir.

Buna baxmayaraq, İslamabadda gözləntilər böyükdür. Pakistan rəsmiləri hesab edir ki, bu görüşlər nəticəsində ABŞ və İran arasında ikinci raund danışıqların başlanması mümkün ola bilər.

Musavat.com

Избранный
27
50
musavat.com

10Источники