RU

KİV: Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların növbəti mərhələsi üçün xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşneri Pakistana göndərmək qərarı verib...

CNN telekanalının məlumatına görə, nümayəndə heyəti İslamabadda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Qeyd olunur ki, bu danışıqlar son aylarda davam edən diplomatik təmasların davamıdır və tərəflər mümkün razılaşma üzərində işləyirlər.

Məlumata əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens hazırda danışıqlarda birbaşa iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olacağı halda Pakistana səfər edə bilər. (APA)

Poliqon.info

Избранный
39
50
poliqon.info

10Источники