ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İran nümayəndələri ilə görüşmək üçün Pakistana planlaşdırılan səfərini ləğv edib.
Publika.az xəbər verir ki, Tramp "Fox News" telekanalına müsahibəsində bu qərarını ABŞ-ın danışıqlarda üstün tərəf olması ilə əsaslandırıb.
Tramp bildirib ki, bütün üstünlüklər Amerikanın əlindədir və boş söhbətlər üçün 18 saatlıq uçuş etməyə ehtiyac yoxdur: "İstədikləri vaxt bizə zəng edə bilərlər".
Bu qərardan sonra artıq Pakistanda olan İranın xarici işlər naziri Abbas Araqçı İslamabadı tərk edib. Məlumata görə, Araqçı Pakistan ordusunun rəhbərliyi ilə görüşdükdən sonra region turunu davam etdirmək üçün Oman və Rusiyaya yollanıb.