RU

Adımdan yayılan həmin açıqlama şayədir, inanmayın - Murad Arif

Müğənni Murad Arif mətbuatda adından yayılan açıqlamaların ona aid olmadığını deyib.

Ölkə.Az xəbər verir li,, ifaçı bu barədə təsdiqlənmiş sosial şəbəkə səhifələrində yazıb.

"Ərəb dilində molla sədaları nə üçündür? Nə qatır məclis əhlinə? İnsan anlamadığı, başa düşmədiyi avazdan nəyisə idrak edərmi? Bunu niyə yığışdırmırıq adətimizdən? Allah birdir, bəli. Allah böyükdür, bəli. Allahın rəhməti olsun bizlərlə, bəli. Amma bu oxumaqların məsələyə nə dəxli?” -  M.Arifin adından yayılan açıqlamada deyilir.

İfaçı adından yazıılanları şayə adlandırıb:

“Mətbuatda bu gün haqqımda yayılan xəbərlə bağlı heç bir açıq istinad linki yoxdur və ola da bilməz.

Mənim şəxsən istifadə etdiyim yeganə “Facebook” səhifəsi budur və burada paylaşımları öz adımdan, şəxsən özüm edirəm.

İnstaqram, TikTok və feysbuk səhifələrim də öz adımla fəaliyyət göstərən, təsdiqlənmiş rəsmi hesablarımdır.

Burada yazıb paylaşdıqlarımdan başqa, adımla bağlı yayılan istənilən xəbəri yanlış, şayiə və iftira hesab edin”, - deyə o əlavə edib.

Billurə

Избранный
11
2
olke.az

5Источники