RU

Tramp İrana qarşı nüvə silahının istifadəni qəti şəkildə istisna edib

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəyini bildirib.

Aznews.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, bu məqsədə nail olmaq üçün hətta neftin qiymətinin 200 dollara qədər yüksəlməsi belə ABŞ üçün əsas prioriteti dəyişməyəcək.

Tramp vurğulayıb ki, nüvə silahının tətbiqi şəhərlərin və bütövlükdə regionların məhvinə gətirib çıxara bilər və bu, ən böyük təhlükədir.

ABŞ lideri eyni zamanda bildirib ki, amerikalılar yaxın perspektivdə yanacaq qiymətlərinin yüksək səviyyədə qalmasına hazır olmalıdır.

Onun sözlərinə görə, əsas məqsəd mümkün “nüvə fəlakətinin” qarşısını almaqdır.

Избранный
18
4
aznews.az

6Источники