AZ

Tramp İrana qarşı nüvə silahının istifadəni qəti şəkildə istisna edib

Tramp

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəyini bildirib.

APA-nın məlumatına görə, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, bu məqsədə nail olmaq üçün hətta neftin qiymətinin 200 dollara qədər yüksəlməsi belə ABŞ üçün əsas prioriteti dəyişməyəcək.

Tramp vurğulayıb ki, nüvə silahının tətbiqi şəhərlərin və bütövlükdə regionların məhvinə gətirib çıxara bilər və bu, ən böyük təhlükədir.

ABŞ lideri eyni zamanda bildirib ki, amerikalılar yaxın perspektivdə yanacaq qiymətlərinin yüksək səviyyədə qalmasına hazır olmalıdır.

Onun sözlərinə görə, əsas məqsəd mümkün “nüvə fəlakətinin” qarşısını almaqdır.

Tramp əlavə edib ki, ABŞ-la İran arasında mövcud gərginlik uzunmüddətli olmayacaq və münaqişənin tezliklə başa çatacağını düşünür.

Bununla yanaşı, o qeyd edib ki, Vaşinqton Tehran rəhbərliyi ilə kimin danışıqlar apardığını dəqiq müəyyən etməkdə çətinlik çəkir.

ABŞ prezidenti İranla bağlı məsələdə tələsmədiyini də vurğulayıb:

“Məni tələsdirməyin. Mən bu məsələ ilə cəmi altı həftədir məşğulam”, – deyə o bildirib.

Tramp, həmçinin, nüvə silahının istifadəsini qəti şəkildə istisna edib və belə silahların ümumiyyətlə heç kim tərəfindən istifadə olunmamalı olduğunu deyib.

Seçilən
8
4
xalqcebhesi.az

6Mənbələr