RU

Orxan Məmmədov Azərbaycan yığmasına çağırıldı - Belarusla oyunlara görə

Çimərlik futbolu üzrə Azərbaycan millisi aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Millimizə aşağıdakı oyunçular dəvət olunublar:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Избранный
87
sportinfo.az

1Источники