RU

Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər

Yaponiyanın Koçi prefekturası tənha gənclərin ailə qurmasını təşviq etmək üçün yeni addım atıb.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət tanışlıq tətbiqlərindən istifadə edən vətəndaşlara maliyyə dəstəyi ayırmağa başlayıb.

Məlumata görə, yaşı 20-dən 39-a qədər olan şəxslər bu proqramdan yararlana biləcək. Onlara ildə maksimum 20 min yen məbləğində subsidiya veriləcək. Bu addımın əsas məqsədi gənclərin həyat yoldaşı tapmasını asanlaşdırmaq, nikahların sayını artırmaq və doğum səviyyəsini yüksəltməkdir.

Qeyd edək ki, Koçi prefekturası əhali baxımından Yaponiyanın ən zəif bölgələrindən biridir. Burada 650 mindən bir qədər çox insan yaşayır və demoqrafik azalma ciddi problem kimi qiymətləndirilir.

Oxşar təşəbbüslər digər ölkələrdə də həyata keçirilir. Məsələn, Cənubi Koreyanın paytaxtı Seul da doğum səviyyəsini artırmaq üçün yeni pilot layihə həyata keçirir və qadınların gündəlik yükünü azaltmaq məqsədilə xarici ev işçilərinin cəlbini planlaşdırır.

 

Musavat.com

Избранный
29
22
musavat.com

10Источники