RU

Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Amma komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi yığmamız bir saat əvvəl vətənə qayıdıb.
133 xal toplamaqla komanda hesabında birinci olan yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıb. Xatırladaq ki, Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihad Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Qadın və sərbəst güləşçilərimiz hələ çıxışını başa vurmayıb.

Избранный
31
football-plus.az

1Источники