RU

Azərbaycandilli vikipediyada müəlliflik hüququ: süni intellekt dövründə hüquqi sərhədlər və çağırışlar

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 aprel, AZƏRTAC

Ana dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə “Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya 25” adlı beynəlxalq konfrans təşkil edilib. Tədbirin məqsədi Azərbaycan dilində vikipediyanın zənginləşdirilməsi və süni intellekt dövründə bu platformanın vacibliyini vurğulamaq olub.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Azərbaycan vikipediya icmasının və “Vikimedia Azərbaycan” istifadəçi qrupunun üzvləri, Vikimedia Fondunun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional qovşağı layihəsinin koordinatoru Barbara Klen iştirak ediblər.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev panel müzakirəsində “Azərbaycandilli vikipediyada müəlliflik hüququ: süni intellekt dövründə hüquqi sərhədlər və çağırışlar” mövzusunda çıxış edib. Çıxışda dövlətimizin başçısının apardığı uzaqgörən instutisional islahatlar nəticəsində Agentliyin strukturunun təkmilləşdirilməsi, müəlliflik hüquqlarının qorunması, hüquqların təminatı və məzmun yaradıcılarının əqli mülkiyyət sahəsində maarifləndirilməsi üzrə daha effektiv nəticələr əldə etməyə imkan verdiyi vurğulanıb. Ə.Əliyev süni intellekt tərəfindən yaradılan məzmunun müəlliflik hüququ baxımından statusundan, vikipediya kimi açıq platformalarda hüquqi risklərin mövcudluğundan, hüquqi risklərin minimuma endirilməsi üçün mexanizmlərin tətbiq olunmasından danışıb. O, həmçinin açıq bilik mühitində müəlliflik hüququnun qorunması, süni intellekt dövründə məzmun yaradıcılığı və onun əsas xüsusiyyətləri, süni intellekt sistemlərində açıq məlumat bazalarında istifadənin hüquqi nəticələri, habelə ictimai varidat və açıq lisenziyaların hüquqi məzmunu, açıq ensiklopediyalarda hüquqi risklərin minimuma endirilməsi mexanizmləri ilə bağlı aktual məsələlərdən danışıb. Əkbər Əliyev bu sahədə müəlliflərə öz tövsiyələrini bildirib və Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu Agentliyin nəşrləri barədə məlumat verib.

Çıxış və onun ətrafında aparılan müzakirə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, bu sahədə konfrans iştirakçılarının sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
azertag.az

1Источники