RU

Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb - Yenilənib 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var...

Poliqon-nun xəbərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, vəzifəlilər saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib.

Poliqon-nun əldə etdiyi məlumata görə, qurumda aşkarlanan korrupsiya əməlləri ilə bağlı şöbənin vəzifəli şəxsləri saxlanılıblar.

Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.

Poliqon.info

Избранный
25
6
poliqon.info

10Источники