RU

“Sarkisyan seçkilərdə iştirak edir və qisas almağa çalışır” Paşinyan

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Keçmiş prezident Serj Sarkisyan seçkilərdə "Güclü Ermənistan" bloku vasitəsilə iştirak edir”. 

525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

O bildirib ki, Serj Sarkisyanın seçkilərdə iştirak etməməsi fikri yalandır.

“Keçən dəfə o, seçkilərdə “Şərəfim var” bloku ilə, bu dəfə isə “Güclü Ermənistan” ilə iştirak edir. Sarkisyan açıq şəkildə dəstəyini bildirib. Partiyası Güclü Ermənistanın mitinqində  iştirak edib”, - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, onların hərəkətləri qisas almaq , Daşnaksütyun, Çiçəklənən Ermənistan və Ermənistan Respublika Partiyası arasında koalisiyanı bərpa etmək cəhdidir:

"Seçkilər xalqımız üçün cinayətkar-oliqarx keçmiş liderləri siyasi arenadan çıxarmaq üçün müstəsna bir fürsətdir".

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
525.az

1Источники