RU

İran Hörmüz boğazından ilk gəliri əldə edib

İran tarixində ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamağa başlayıb və bu yolla ilk gəlirini əldə edib.

Ölkə.Az-ın "Mehr"ə istinadən məlumatına görə, İran parlamentinin sədr müavini Həmidreza Hacı Babayi bildirib ki, toplanan ilk vəsait artıq ölkənin Mərkəzi Bankındakı hesaba köçürülüb.

Lakin bu qərar beynəlxalq gəmiçilik şirkətləri tərəfindən narazılıqla qarşılanıb. Dünyanın ən böyük yükdaşıma şirkətlərinin rəhbərləri İranın bu tələbini tənqid edərək bildiriblər ki, belə bir addım dünya ticarətinin sərbəstliyinə böyük zərbə vurur.

İran rəsmilərinin hesablamalarına görə, əgər boğazdan il ərzində 32 min gəmi keçərsə və hər birindən orta hesabla 2 milyon dollar rüsum alınarsa, ölkə büdcəsinə illik 64 milyard dollar vəsait daxil ola bilər.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft daşımalarının əsas marşrutlarından biri hesab olunur.

Hər gəmi üçün 2 milyon dollar

İran Hörmüz boğazından keçən gəmilərdən topladığı ilk rüsumların artıq Mərkəzi Bankın hesabına daxil olduğunu elan edib.

ANA agentliyinin məlumatına görə, bu barədə İran parlamentinin vitse-spikeri Həmidreza Hacı-Babayi açıqlama verib. O, bu su yolunun İran iqtisadiyyatı üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb.

Keçid haqqı nə qədərdir?

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan keçən hər bir gəmi üçün 2 milyon dollar məbləğində rüsum tətbiq edildiyini açıqlamışdı.

Hacı-Babayi qeyd edib ki, dünya neftinin təxminən 20%-i və qazın 35%-i məhz bu marşrutla daşınır:

"Biz bu boğaza nəzarət edirik. Hörmüz boğazı üzərindəki nəzarətimiz İranın beynəlxalq iqtisadiyyatda aktiv rol oynaması deməkdir. Artıq ilk gəlirlər dövlət hesabına daxil olub", — deyə o bildirib.

Избранный
70
50
olke.az

10Источники