AZ

İran Hörmüz boğazından keçəcək gəmilərdən rüsumları dörd valyutada alacaq

BAKI, 27 aprel. TELEQRAF

İran Hörmüz boğazından keçəcək gəmilərdən rüsumu 4 valyutada - rial, yuan, dollar və avro ilə alacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Burucerdi bildirib.

Onun sözlərinə görə, İran və onun silahlı qüvvələrinin Hörmüz boğazı üzərində mütləq suverenliyi olduqca vacibdir:

"İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan heç bir gəminin bu strateji əhəmiyyətli su yolundan keçmək hüququ yoxdur. Hörmüz Boğazı Təhlükəsizlik Planının hüquqi və beynəlxalq aspektlərini öyrənmək üçün bir neçə görüş keçirilib. Parlamentin fəaliyyəti bərpa edildikdən dərhal sonra qanun kimi təsdiqlənəcək. Boğzdan keçən hər bir gəmi İran sığorta şirkətlərinin platformasından istifadə etməli və rüsum ödəməlidir. Bu rüsumlar qlobal standartlara (Panama kanalı modelinə bənzər) uyğun olaraq tutulacaq" - deyə, məlumatda qeyd olunur.

Seçilən
9
45
teleqraf.com

10Mənbələr