RU

BTS in prodüserinə 100 milyon dollarlıq ittiham

ain.az bildirir, Axsham.az portalına istinadən.

Cənubi Koreya polisi BTS qrupunun prodüseri Banq Si-Hekin həbsinə order verilməsi üçün prokurorluğa müraciət edib.

Axşam.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. O, musiqi nəhəngi "HYBE Corporation" daxilində investorları aldatmaq və 100 milyon dollardan çox vəsaiti qanunsuz mənimsəməkdə ittiham olunur.

İstintaq materiallarına əsasən, 2019-cu ildə Bang Si-Hekin investorları "HYBE"ın birjaya çıxmayacağına inandıraraq onları səhmlərini özəl investisiya fonduna satmağa təşviq edib. Lakin daha sonra şirkət birja bazarına çıxıb (IPO həyata keçirib).

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin fondun prodüserə əlavə razılaşma əsasında təxminən 136 milyon dollar ödədiyi, həmçinin onun IPO-dan sonra səhmlərin satışından əldə olunan gəlirin 30 faizini aldığı iddia olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
axsam.az

1Источники